Kıvanc Tatlıtuğ serial bitmədən yenisinə hazırlaşır - FOTO

29 May 2013 15:52
Milli.Az AHT-yə istinadən xəbər veri ki, Kıvanc Tatlıtuğ serial qurtarmadan yeni anlaşma imzalayıb.

Tanınmış aktyor həm kanalını, həm də hal-hazırda aldığı məvacibi dəyişəcək. Deyilənə görə, Kıvanc bundan sonra Star TV-də yayımlanacaq serialda 60 min TL civarında pul alacaq.

Nəzərinizə çatdıraq ki, Tatlıtuğ "Kuzey Güney"yin hər bölüm çəkilişinə 40 min TL alır.

Onu da qeyd edək ki, çəkiləcək serialda aktyorun partnyoru da bəllidir. Aktyor "Öyle Bir Geçer
Zaman Ki"nin Aylin obrazını canlandıran Zeynep Abdullahla kamera qarşına keçəcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.