8 uşaq atasının abdal oğurluğu - FOTO

27 May 2013 14:41
Milli.Az Mail Online-a istinadən bildirir ki, Ouklos bölgəsinin sakini olan Con Asda Washington Galleries supermarketindən 12 funt-sterlinq dəyərində mal əti oğurlamaqda suçlanır.
Məhkəmədə o, marketdən ət oğurlamasının "romantik səbəb"ini açıqlayıb.

"Nənəm öləndə xırıldamış, ağzından qan gəlmişdi. Bu ət parçasını görəndə nənəmin son anları gözlərimin qarşısına gəldi. Bu əti bir daha görməmək üçün onu çantama qoyub çıxdım. Mən oğurluq etməmişəm, pis xatirədən qurtulmağa çalışmışam", - Con Keysi deyib.

Lakin Nyukasl Kral Məhkəməsinin hakimi Keysinin belə "romantik bəraət"inə inanmayıb və onu 20 min funt-sterlinq məbləğində cərimələyib.
Hakim 8 övlad atası olan Keysiyə deyib: "Bir daha bura gətirilsən, belə insaflı olmayacağam".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







Fotolar: Mail Online