Bakı metrosunda elektrik problemi
5 Fevral 2010 10:39
Başqa nəqliyyat vasitələrindən istifadə edə bilməyərək metroya üz tutan sərnişinlər mənzil başına vaxtında yetişə bilmirlər. Qatarlar satansiyalarda, eləcə də tunellərdə 10-15 dəqiqəyədək ləngimələrlə hərəkət edir. Halbuki belə vəziyyətlərdə qatarlar daha tez-tez hərəkət etməlidir. Çünki başqa vaxt şəxsi avtomobillərindən istifadə edən əksər vətəndaşlar da indi metroya üz tutub.
Məsləyə aydınlıq gətimək məqsədilə Bakı Metropoliteninin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, metro adi günlərdəki iş rejimi ilə işləyir. Qatarların hərəkətində ləngimələr isə elektrik sistemində baş verən problemlərlə bağlıdır. Belə ki, elektrik enerjisinin verilməsi tez-tez dayandırıldığından, qatarlar müəyyən müddət fasilə verməli olur. Ümumiyyətlə isə, hazırda metronun işində ciddi bir problem yoxdur.
Milli.Az