Gənc azərbaycanlı alim Bakıda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş forumda iştirak edib - FOTO

24 May 2013 11:33
Gənc azərbaycanlı alim, parodontologiya və implantologiya mütəxəssisi Dr. Cavid Əhmədbəyli 23 may 2013-cü ildə Bakı şəhəri JW Marriott Absheron otelində keçirilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Avropa məkanında yeni çağırışlar: Gənc alimlərin beynəlxalq Bakı Forumu"nda iştirak etmişdir. Həmin forumun tibb sessiyasında İstanbuldakı Yeditepe Universitetində parodontologiya sahəsi üzrə apardığı kliniki tədqiqatın nəticələrini məruzə etmişdir.

Dr. Cavid Əhmədbəyli Yeditepe Universitetinin stomatologiya fakültəsinin məzunudur və həmin universitetdə tibb elmləri (parodontologiya) üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini müdafiə etmişdir. Parodontologiya və implantologiya sahəsində Avropa Parodontologiya Federasiyasının sertifikatlı mütəxəssisidır. Hal-hazırda Azərbaycan Parodontologiya Cəmiyyətinin (PERIOAZ) prezidenti, həmçinin Azərbaycan Estetik Stomatologiya Assosiasiyasının (ESTEAZ) vitse-prezidenti  və Bakıda yerləşən 5A Dent estetik stomatoloji klinikanın parodontologiya və implantologiya  bölməsinin rəhbəridir.

Böyütmək üçün şəkillərə klikləyin.