Velosiped sürənlər bu qadına nifrət edirlər - FOTO

23 May 2013 15:02
Milli.Az Mail Online-a istinadən bildirir ki, Twitter mikrobloqinq servisində "emmaway20" akkauntu olan qadın yaşadığı Norviç şəhərində maşını ilə velosipedçini vurandan sonra tvit atıb: "Bir velosipedçini vurdum. Yoldan keçid haqqım mənimdir, çünki velosipedçi yol vergisi ödəmir".

Bu tvit qəzəblə qarşılanıb. Twitter istifadəçilərindən biri isə məlumatı polisə yollayıb.
Araşdırmaya başlamış polis mühasib qadının maşını ilə vurub yıxdığı velosipedçinin Tobi Hokli olduğunu müəyyənləşdirib.

"Zərbə ağır idi, xəndəyə düşdüm. Başıma gələndən danışmadım, çünki sevgilimin qorxaraq işə velosipeddə getməyimi istəməyəcəyini düşündüm", - Hokli deyib.
Vey işdən çıxarılıb, polis onun barəsində cinayət işi qaldırıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









Fotolar: Mail Online