Cennifer Lopes telefon alverinə başlayır - FOTO

23 May 2013 11:08
Əslən Latın Amerikası bölgələrindən olan və Birləşmiş Ştatlarda yaşayan şəxslər üçün nəzərdə tutulmuş şəbəkə bu yaxınlarda fəaliyyətə başlayacaq.

Milli.Az Mail Online-a istinadən bildirir ki, "Viva Movil" adlı mobil rabitə salonları şəbəkəsində "Verizon" korporasiyasının mobil telefonları və xidmətləri satılacaq.
"Viva Movil" şəbəkəsi "Verizon" korporasiyasının məhsullarının və xidmətlərinin rəsmi distribütoru olacaq.
43 yaşlı Cennifer Lopesin mobil rabitə salonları şəbəkəsinin ilk dükanı iyunun 15-də işə başlayacaq.

Bir qədər əvvəl "Movida Communications" şirkəti bu işlə məşğul olsa da, sonradan müflis olaraq qapanıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.













Fotolar: Mail Online