İsa Məsih ilk şəhiddir?
23 May 2013 10:11
Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, qəzet iddia edir ki, İsa Məsih fələstinli olub və müasir fələstinlilər onun nəslinin davamçılarıdır.
Qəzetin bu yazısına xristian dünyasından cavablar özünü çox gözlətməyib. Heplev portalı iddia edir ki, "Al-Hayat-Al Jedida" qəzetinin yazdığı məqalə tarixin saxtalaşdırılmasından başqa bir şey deyil.
Fələstinlilərin iddialarına görə isə, xristianların bu gün də keçirdikləri Pasxa bayramı əslində fələstinlilərin milli bayramıdır.
Adel Abd əl-Rəhman adlı ilahiyyatçı deyir ki, İsa Məsihin yəhudilər tərəfindən çarmıxa çəkilməsindən üç gün sonra yenidən dirilməsi fələstinlilərin müasir tarixini də göstərir. Fələstinlilər sionist yəhudilərin nəticələri ilə mübarizə aparmalıdırlar.
Milli.Az