Bəzədilmiş Mercedes-Benz CLS - FOTO

22 May 2013 20:38
Estetik tamamlamalardan başqa möhtəşəm alman avtomobili, onsuz da, çox güclü 5,5-litrlik güc qurğusunun texniki apqreyd paketini əldə etdi. Bu paket onun buraxılış gücünü 100 a.g.-dən çox artırdı.

Milli.Az Auto.az-a istinadən bildirir ki, avtomobilin boz tutqun rəngdə hazırlanmış banı arxa görünüş güzgülərinin qara korpusları, qara radiator barmaqlığı, tonlaşdırılmış şüşələr, aerodinamik asmanın qara detalları (qabaq splitter, arxa diffuzor, yük yerinin spoyleri) və qabaq bamperin yanlarında yerləşən tündləşdirilmiş qabaq optika və reflektorlarla təzad təşkil edir.

Aşağı yol işığı zolağı və qabaqda 20x9 düym, arxada isə 20x10,5 düym ölçülü K3 Projekt Wheels Model F2 diskləri eksteryerin idman üslubunu nəzərə çarpdırır. Qabaqda 255/30, arxada isə 305/25 şinləri geyinmiş tünd disklər əyləclərin qırmızı supportları ilə əla təzad yaradır.

"RennTech" atelyesindən olan tüninq-paket sayəsində biturbolaşdırılmış V8 mühərrikinin gücünü 699 a.g.-nə qədər artırmaq mümkün olub ki, bu da opsional AMG Performance paketli stok versiyasından 120 a.g. çoxdur.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.