Bank Respublika plastik kartlarını pulsuz və ilkin mədaxilsiz təklif edir
22 May 2013 14:20
Bank Respublika fəaliyyətinin 21 illiyi münasibətilə, 22 may tarixindən 22 iyun tarixinədək plastik kartlar üzrə aksiyaya start verir.
Aksiyanın şərtlərinə görə, banka müraciət edən şəxslər Bank Respublika-nın MasterCard Unembossed, MasterCard Standard, Visa Electron, Visa Classik və Virtual Card plastik kartlarını pulsuz, ilkin mədaxil və sığorta depoziti ödəmədən əldə edir.
Bundan əlavə, 22 iyul tarixinədək bütün plastik kart sahiblərinə "SMS-notification" xidməti hədiyyə edilir.
Plastik kartları Bankın filiallarında və internet səhifəsində on-layn sifariş etmək mümkündür.
Bank Respublika-nın plastik kartları - vəsaitinizi zərurət yaranan vaxtda istifadə etmək imkanı yaradır və üstəlik, PayKart bonus sistemi əlavə bonus qazandırır.
Aksiya barəsində daha ətraflı məlumatı Bank Respublikanın ən yaxın filial və ya şöbəsində, yaxud 144 qısa nömrəsinə zəng etməklə əldə etmək mümkündür.
Bank Respublika 21 İl Sizə Faydalı!