Tanış olun: yeni Xbox One - FOTO

22 May 2013 11:13
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, konsol Kinect kontrollerinin yeni versiyası ilə satılacaq. Kinect kontrolleri mürəkkəb səsli komandaları və jestləri yaxşı anlayacaq.
Xbox One üçün anons edilmiş ilk oyunlar arasında Forza Motorsport 5, Quantum Break, Electronic Arts studiyasından 4 idman oyunu var.

Call of Duty: Ghosts oyunu da yeni konsolda olacaq.

Microsoft korporasiyasının Redmond şəhərindəki mənzil-qərargahında təqdim edilmiş konsol ilin sonunadək satışa çıxarılacaq. Onun satış qiyməti bəyan olunmayıb.

Skype ilə təchiz olunmuş Xbox One-ın 8 qeqabayt operativ yaddaşı, 500 qeqabaytlıq "sərt" diski var.
Konsol praktiki olaraq səssiz işləyəcək.

Xbox One-ın əsas rəqibi olan Sony PS4 fevralda anons edilmişdi. Hər iki konsol barədə təfərrüatlı məlumatlar iyun ayında keçiriləcək E3 sərgisində açıqlanacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.























































Fotolar: Gizmodo