"Socar Turkey" "Star" neft emalı zavodunun tikintisi üzrə müqavilə imzalayıb

20 May 2013 15:06
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) törəmə şirkəti olan "Socar Turkey" bu gün Türkiyədə dəyəri dörd milyard ABŞ dolları olan "Star" neft emalı zavodunu (NEZ) tikəcək konsorsiumla saziş imzalayıb. Bu barədə Trend-ə bazar ertəsi "Petkim" neft-kimya kompleksindən bildiriblər.

"Socar Turkey" tərəfdən sazişi "Petkim"in İdarə Heyətinin sədri Vaqif Əliyev imzalayıb.

Daha əvvəl "Star" NEZ-in tikintisi ilə bağlı tenderdə qalib gələn konsorsium İspaniyanın "Tecnicas Reunidas", İtaliyanın "Saipem", Cənubi Koreyanın "GS Engineering & Construction" və Yaponiyanın "Itochu" şirkətlərindən ibarətdir.

Milli.Az