Kann kinofestivalında daha bir oğurluq

20 May 2013 17:18
Milli.Az The Hollywood Reporter-ə istinadən bildirir ki, Çinin ən böyük kinoşirkətinin vitse-prezidenti Çjan Syanın əşyaları oteldəki otaqdan oğurlanıb.

Oğurluğa və otel əməkdaşlarının fəaliyyətsizliyinə etiraz edən Syan amerikalı aktyor Kianu Rivzin rejissor debütü olan filmlə bağlı mətbuat konfransına qatılmaqdan boyun qaçırıb.

Ötən həftə Kann şəhərində "Chopard" brendinin zinət əşyaları olan seyf oğurlanmışdı.

Milli.Az