Sensor noutbuklar populyarlaşır
18 May 2013 20:35
Milli.Az ICTnews-a istinadən bildirir ki, Displaybank analitik agentliyinin məlumatına əsasən, 2013-cü il birinci rübün yekununa görə, bazara sensor ekranla təchiz edilmiş 4,57 milyon noutbuk tədarük edilib ki, bu da ötən rüblə müqayisədə 51,8% çoxdur. Qeyd edək ki, birinci rübdə ümumilikdə 46 milyon noutbuk satılıb.
Araşdırmaya əsasən, sensor noutbuklar artıq ümumi tədarükün ən azı 10%-ni təşkil edir. Asiyanın Lenovo, Acer və ASUS kimi şirkətləri sözügedən texnologiyanı inkişaf etdirirlər. Ekspertlərin fikrincə, 11,6 düymlü diaqonala malik sensor modellər bazarda daha yaxşı perspektivə malikdir.
Milli.Az