BMW və Pininfarina bir yerdə

17 May 2013 19:11
Bu dəfə konseptin bazası altıncı seriya dördqapılı bavariya "Gran Coupe"-si, "BMW"-nin ortağı isə məşhur atelye "Pininfarina" oldu. Bu alman və italyan dizaynerlərinin işlərinin birinci nümunəsi deyildi - keçən il "BMW" və "Zagato" atelyesi birlikdə Z4-ün platformasında konseptual rodster düzəltdilər.

Milli.Az Auto.az-a istinadən bildirir ki, bu layihə "BMW Pininfarina Gran Lusso Coupe" adını alıb və yaradıcılarının fikrinə görə "təmiz zərifliyin" təcəssümü olmalıdır. Dizaynerlərin sözlərinə görə, layihənin mənası müasir dəbdəbəni, incə italyan üslubunu və yüksək gücü birləşdirməkdən ibarətdir. Tizerlərdən başqa avtomobil haqqında heç bir əlavə məlumat yoxdur. Lakin istehsalçıların bəzi qeydlərinə görə, "BMW Pininfarina Gran Lusso Coupe" yeni bir mühərrik əldə edəcək.

"Gran Coupe"-nin ən güclü seriya modifikasiyası (xatırladaq ki, dördqapılı banı olan altıncı seriya avtomobilləri belə adlandırırlar) 4,4-litrlik V8-lə komplektləşdirilir, lakin "Pininfarina"-nın əsərində söhbət yəqin ki, V-şəkilli 12-silindrli mühərrikdən gedəcək. Dünyanın nadir avtomobillərə həsr edilmiş ən populyar sərgilərindən biri bu il mayın 24-də açılacaq. "BMW" konserni artıq 10 ildən çoxdur ki, "Concorso d'Eleganza Villa d'Este"-nin ortağıdır.

Milli.Az