Ancelina Coli yenə əməliyyat oluna bilər - FOTO

17 May 2013 15:31
Milli.Az New York Times-a istinadən bildirir ki, xərçəng riskini artıran BRC1 geninin daşıyıcısı olan aktrisa bu dəfə yumurtalıqlarını kəsdirib götürməyi planlaşdırır.

37 yaşlı Ancelina Coli 6 övlad anasıdır və o, uşaqlarının 3-nü övladlığa götürüb.

A.Colinin döşlərinin kəsilib götürüldüyü mastektomiya əməliyyatı aprelin 27-də aparıldığından həkimlər ona bir qədər gözləməyi məsləhət görürlər.

Aktrisanın anası Marçelin Bertran 2007-ci ildə, 56 yaşında döş xərçəngindən ölmüşdü.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.











Fotolar: AFP, Getty İmages