Almaniya millisinin baş məşqçisi Özili yığmaya çağırmadı

17 May 2013 10:25
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv mayın 29 və iyunun 2-də Ekvador və ABŞ yığmaları ilə yoldaşlıq görüşləri üçün heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı 23 futbolçuya dəvət göndərib.

Löv Çempionlar Liqasının finalında üz-üzə gələcək Dortmund "Borussiya"sı ilə "Bavariya"nın aparıcı futbolçularını heyətə çağırmayıb. Həmçinin o, "Real"ın formasını geyinən Məsut ÖzilSami Xediraya da dəvət göndərməyib. Buna isə hər iki oyunçunun "Kral klubu" ilə La Liqanın son turunda meydana çıxacaqları səbəb olub.

Qapıçılar:
Rene Adler ("Hamburq"), Ron-Robert Siler ("Hannover"), Mark-Andre ter Şteqen ("Borussiya", Münhenqladbax)

Müdafiəçilər:
Dennis Aoqo ("Hamburq"), Andreas Bek ("Hoffenhaym"), Benedikt Hövedes ("Şalke"), Marsel Şmelser ("Borussiya", Dortmund), Per Mertezaker ("Arsenal" İngiltərə), Xayko Vestermann ("Hamburq"), Filipp Vollşayd ("Bayer")

Yarımmüdafiəçilər: Lars Bender, Sidni Sem, Andre Şurrle, Ştefan Raynars (hər dördü "Bayer"), Sven Bender, Kevin Qrosskroys (hər ikisi "Borussiya", Dortmund), Yulian Draksler, Roman Noyştedter (hər ikisi "Şalke"), Nikolas Müller ("Mayns"), Eyron Hant ("Verder"), Lukaş Podolski ("Arsenal", İngiltərə)

Hücumçular: Maks Kruz ("Frayburq"), Miroslav Kloze ("Latsio" İtaliya).

Milli.Az