Cərciz adlı peyğəmbər olubmu?
16 May 2013 18:11
Bu ad Georgius adının ərəbləşdirilmiş variantıdır.
Milli.Az İslam.az-a istinadən bildirir ki, Həzrət Cərcis (ə) Fələstində yaşayırdı. Sonralar Həzrət Cərcis (ə) Mosula köçdü. O zamanlar Mosulda bütlərə inanan zalım bir padşah hakimiyyət sürürdü. Cərcis Peyğəmbər (ə) camaatı bütlərdən döndərib Allaha doğru çağırmağa başladı. Xeyli adam, hətta padşahın arvadı da imana gəldi. Padşah Cərcis Peyğəmbəri (ə) öldürmək üçün Onu ən ağır işgəncələrə məruz qoyur.
Peyğəmbər dörd dəfə ölümcül işgəncə altına düşür: Onun bədəninin ətini dəmir daraqla qoparırlar, Onu qaynar yağın içinə atırlar, odda yandırır, başına mismar vururlar. Amma hər dəfə Allah-təala Həzrət Cərcisi (ə) sağ-salamat saxlayır. Yeddi ildən sonra Allahın hökmü ilə Həzrət Cərcis (ə) vəfat edir, padşah və tərəfdarları Allahın göndərdiyi bəla ilə məhv olurlar.
İraqın Mosul şəhərində Həzrət Cərcis Peyğəmbərin (ə) böyük məqbərəsi var. Azərbaycanın Beyləqan rayonunda da Cərcis Peyğəmbərə (ə) aid edilən məzar ziyarətgah kimi tanınır.
Milli.Az