Bu da Android-li HP

16 May 2013 20:56
Sözügedən cihaz Android 4.2.2 platforması ilə işləyir və NVIDIA Tegra 4 aparat platformasına əsaslanır.

Cihaz 1920×1200 piksel təsvir ölçülü 10,1 düymlü sensor IPS ekran və qoşulan klaviatura ilə təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, HP SlateBook x2, həmçinin 2 QB əməli yaddaş və 64 QB daxili yaddaş, microSD slotu ilə təchiz edilib.

Aparatın iki batareyası var: biri planşet hissəsində, ikinci klaviaturadadır. Qurğunun qiyməti 500 dollardır.

Milli.Az