25 milyon dollarlıq saxta mal məhv edildi - FOTO

16 May 2013 15:25
Burada hər il yüz milyardlarla dollarlıq saxta məhsullar istehsal edilir, dünyanın az qala hər ölkəsində satılır.
"Çin malı" olan "Gucci"dən tutmuş, "Adidas"lara hər şəhərdə rast gəlmək olar.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Çinin cənub-qərbindəki Qyuçjou vilayətindəki Quyyan şəhərində polis 25 milyon dəyərində olan belə saxta məhsulları yığaraq məhv edib.
Bu gün isə daha 24 milyon dollarlıq partiyanın məhvi planlaşdırılıb.

BMT hesabatlarına görə, dünyadakı kontrafakt məhsulların 75 faizi Cənub-Şərqi Asiya ölkələrində istehsal olunur. İstehsalatın əksəriyyəti Çinin payına düşür.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.










Fotolar: AsiaOne