Arvadını saunaya satmaq istədi

15 May 2013 15:34
Milli.Az "Novosti-Kazaxstan"a istinadən bildirir ki, Almatıdakı saunalardan birinə yollanan ər arvadını saunada fahişəlik etmək üçün satmaq istədiyini bildirib.
O, arvadı üçün 150 dollar və 23 araq istəyib.

Saunanın inzibatçısı dərhal polisə zəng vurub.
Qadına görə ərinə 150 dollar pul və 23 araq veriləndə polis "satıcı"nı həbs edib.
Baş vermiş olayla bağlı "insan alveri" maddəsi ilə cinayət işi qaldırılıb.

2012-ci ilin sonunda Almatı vilayətində 12 yaşlı bacısı qızını 200 dolların müqabilində fahişəliyə satmağa çalışan 28 yaşlı qadın həbs olunmuşdu.

Milli.Az