Android gün keçdikcə güclənir
15 May 2013 21:42
"Strategy Analytics" analitik şirkətinin məlumatına əsasən, yanvar-mart ayları ərzində "Android" smartfonlarının tədarük həcmi 161 milyon olub.
Bunu nəzərə alsaq, smartfon bazarında "Google"-un mobil əməliyyat sisteminin bazar payı görünməmiş həddə - 75.2%-ə çatıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən platformanın smartfon bazarında mövqeyinin sonrakı möhkəmlənməsi Cənubi Koreyanın "Samsung Electronics" və "LG Electronics" şirkətlərinin "Galaxy S" və "Optimus" smartfonlarının satış həcminin artması ilə bağlıdır.
Milli.Az