Facebook-un smartfonları özünü doğrultmadı

14 May 2013 16:52
Facebook sosial şəbəkəsinin sazlamaları ilə hazırlanmış HTC First smartfonlar özünü doğrultmayıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, smartfonun satışı olduqca aşağıdır. Bu qadjeti hətta 99 sentə də almaq istəyən yoxdur. Nəticədə AT&T həmin mobil qurğunu satışdan çxarmağa qərar verib.

Qeyd edək ki, bu qurğu aprelin 12-də təqdim olunmuşdu və yüksək satış göstəriciləri olacağı ehtimal edilirdi.

Milli.Az