"Zədəganlar" narıncılar ölkəsinə 25 döyüşçü ilə gedir
14 May 2013 16:31
"Çelsi"nin məşqçilər heyəti mayın 15-də baş tutacaq Avropa Liqasının "Benfika" ilə final oyununa 25 futbolçu ilə gedib. Qol.Az-ın məlumatına görə, Amsterdama yola düşənlər arasında zədəlilər Con Terri və Eden Azar da var.
Ümumilikdə, London klubu 25 nəfərlik siyahısına aşağıda adları çəkilən futbolçuların adları daxil edilib:
Petr Çex, Ross Ternbull, İlario, Camal Blekman, Paulu Ferreyra, Sesar Aspilikueta, Con Terri, Branislav İvanoviç, Qari Kehill, David Luis, Eşli Koul, Rayan Bertran, Ramires, Frenk Lempard, Con Obi Mikel, Oriol Romeu, Natan Ake, Viktor Mozes, Marko Marin, Yossi Benayun, Xuan Mata, Eden Azar, Oskar, Fernando Torres, Demba Ba.
Milli.Az