Brüssel hava limanında 40-dan çox hava reysi təxirə salındı
14 May 2013 11:41
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsveçrə, Almaniya, ABŞ və Türkiyəyə gedən 43 hava reysi təxirə salınıb. Həmin yükdaşıyanlar Brüssel hava limanındakı reyslərin yarıdan çoxuna xidmət göstərirlər.
Yükdaşıyanlar işin çoxluğundan, işçi heyətin isə azlığından narazıdırlar. Bir reysin yükünün doldurulması və boşaldılmasını cəmi iki nəfər həyata keçirir. Şirkətin rəhbərliyi isə 11 saatlıq iş rejiminə keçəcəklərini bəyan ediblər.
Swissport şirkəti əsasən, Lufthansa və Brussels Airlines şirkətlərinin təyyarələrinə xidmət göstərirlər.
Tətillə əlaqədar hava limanı rəhbərliyi sərnişinlərə tövsiyyə edir ki, uçuş zamanı yalnız zəruri yükləri götürsünlər.
Qeyd edək ki, 2010-cu ildə Brüssel hava limanı sərnişinlərə göstərilən xidmətin səviyyəsi və marketinq siyasətinə görə Avropanın ən yaxşı hava limanı olmuşdu.
Milli.Az