İnternetdə parol dövrü bitir

13 May 2013 22:13
Milli.Az ICTnews-a istinadən bildirir ki, ilk növbədə parollar daxili korporativ şəbəkələrdən silinəcək.

PayPalın İT təhlükəsizlik üzrə direktoru Maykl Barretin ikinci işi bu yaxınlarda yaradılmış FIDO alyansının prezidenti vəzifəsidir. Qeyd edək ki, bu təşkilat parolları əvəz edə biləcək açıq standart yaratmaq niyyətindədir. PayPaldan başqa FIDO Alliance Direktorlar şurasına Google, Lenovo və digər şirkətlər daxildir. FIDO (Fast Identity Online) istifadəçilərdən onların smartfonlarında və digər şəxsi qurğularında FİDO protokolları üzərindən autentifikasiya tələb edəcək (onlar isə PayPal kimi saytlarda avtorizasiyadan keçəcəklər).

Qurğularda mövcud olan FIDO-müştəri və ya FIDO-stek olmalıdır. Bu proqram təminatı daxili mexanizmlər üzərindən serverə müraciət edir. Müştəri qurğusu istifadəçidən autentifikasiya məlumatını müxtəlif cür qəbul edə bilər - barmaq izləri və ya göz qişasının skanı vasitəsi ilə.

Üstünlük ondadır ki, siz qurğuda avtorizə edilirsiniz, qurğu isə təhlükəsizdir və avtomatik olaraq saytlara daxil olur. Autentifikasiya üçün məlumatlar yalnız sizin qurğuda saxlanılır və onu tərk etmirlər , - Barret deyib.

Onun sözlərinə görə, FİDO-nu dəstəkləyən ilk qurğular artıq bu il buraxılacaq. Bu smartfonlar barmaq izləri üçün skanerlərlə təchiz edildikdən sonra mümkün olacaq (deyilənə görə, yeni iPhone-lar bu cür skanerlə təchiz ediləcəklər, Android-ekosistemi də eyni istiqamətdə hərəkət edir). Texniki olaraq, FIDO-autentifikator şəklində digər alətlərdə istifadə edilə bilər: üzün skanı, xüsusi USB-daşıyıcı və ya digər autentifikasiya ardıcıllığı.

Gələcəkdə həmçinin özünə məxsus etibarlı FİDO mərkəzlərinin yaradılması nəzərdə tutulur. PayPalda deyirlər ki, FIDO-nun adi parollar və loqinlərlə müqayisədə bir neçə üstünlüyü var. İlk növbədə sistem onlarla saytlarda autentifikasiyanı idarə edir, ikincisi, autentifikasiya məlumatları istifadəçi qurğusundan kənara çıxmır, üçüncüsü isə istifadəçi özü identifikator şəklində istifadə edilən alətləri özü qura bilər.

Milli.Az