Skoda yeni Rapid hazırlayır - FOTO

13 May 2013 21:14
Şirkəti bununla modelin idman modifikasiyasının necə görünə biləcəyini nümayiş etdirəcək.

Milli.Az Auto.az-a istinadən bildirir ki, adında "Sport" əlavə almış yeniliyi aerodinamik asma, aqressiv qabaq bamper və qaz buraxma sisteminin borucuqları yerləşdirilmiş böyük arxa bamperlə təchiz edəcəklər. Bundan əlavə avtomobil iki ventilyasiya kəsikləri olan fərqli kapot, idman üslubunda sükan, "Recaro" oturacaqları və işıqlanan qapı kandarları alacaq.

"Rapid Sport"-un texniki göstəriciləri barədə məlumat verilmir. Liftbek "Rapid" Çexiya markasının keçən il Paris motorşousunda təqdim edilmiş 7-ci modelidir. Yenilik Avropa bazarına 1,2 və 1,4 -litrlik, 75-dən 122 a.g.-ə qədər olan benzin və 90-dan 105 a.g.-ə qədər dizel mühərrikləri ilə çıxacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.