Məşhur milyarder: "Qadın paltarı geyindim, ayaqlarımı qırxdım, amma.." - VİDEO - FOTO
13 May 2013 11:45
Milli.Az AsiaOne-a istinadən bildirir ki, mərcin şərtlərinə görə, Brenson AirAsia aviaşirkətinin sahibi, malayziyalı milyarder Toni Fernandeslə bir təyyarədə uçmalı, həmin təyyarədə 5 saat ərzində stüardessalıq etməli, sərnişinlərə qulluq göstərməliydi.
Ayaqlarını qırxan, üzünə ənlik-kirşan çəkən və qadın paltarı geyinən Brenson bütün şərtlərə əməl edib.
Lakin Avstraliyanın Perta şəhərindən Malayziyanın paytaxtı Kuala-Lumpura olan 5 saatlıq uçuşdan sonra T.Fernandes rəqibini "işdən qovub".
"Əvvəla, Riçard saqqalını qırxmadı. Sonra da ki, o, təyyarədə sinini üstünə aşırdı və məcbur qalıb islanmış paltarımı dəyişdim", - Fernandes deyib.
Milyarderin stüardessalıq etdiyi reysə biletlər 420 dollardan satılıb. Hər biletdən 100 dollar Avstraliyadakı xeyriyyə fonduna veriləcək.
Milyarderlər 2010-cu ildə onlardan hansı birinin komandasının "Formula-1"də daha yaxşı çıxış edəcəyi ilə bağıl mərc gəlmişdilər.
Riçard Brensonun Virgin komandası Toni Fernandesin Team Lotus-undan geri qalaraq 12-ci yeri tutmuşdu.
Riçard Brenson dünən keçirdiyi mətbuat konfransında deyib: "Bəziləri düşünür ki, zənginlər, məşhurlar vədlərinə əməl etmirlər. Ola bilər, çünki sözündən qaçan xeyli adam tanıyıram.
Mən isə qadın paltarı geyindim, ayaqlarıım qırxdım, təyyarədə 5 saat çalışdım ki, verilən sözün nə demək olduğunu hamıya anlada bilim. Tanınmış adam ola bilərəm, amma sözümün sahibi olmalıyam. Əks təqdirdə yaşamaq çətindir".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.