Brabus-un icrasında Mercedes - FOTO

9 May 2013 19:39
Almanlar öz tüninq proqramlarına böyük ölçülü təkər diskləri, asılqanın yeni komponentlərini və mühərrikin faydalı iş əmsalını artıran detallar əlavə ediblər.

Milli.Az Auto.az-a istinadən bildirir ki, bundan əlavə yeni avtomobilin sahiblərinə dekorativ qoymalarla uyğunlaşan yeni bəzək materialları ilə avtomobilin interyerini təzələmək təklif olunacaq. Doğma Mercedes CLA disklərinin yerinə beş müxtəif konstruksiya variantında və müxtəlif rənglərdə olan 18 və 19 düymlük Brabus Monoblock diskləri əlverişlidir.

255/30 şinli və qısadımış yaylı 19x8,5 düymlük disklər avtomobilin idarəetməsini hiss olunacaq dərəcədə yaxşılaşdırmağa kömək edir. Kompakt dördqapılının bütün modifikasiyalarını daha mötəbər səs müşayəti təmin edən dördborulu qazçıxma sistemi ilə təchiz etmək olar.

Bundan başqa, "Brabus" 2,0-litrlik CLA 250 versiyalı turbo mühərrikin məhsuldarlığını qoşulmuş PowerXtra idarəetmə blokunun köməyi ilə qaldırmağı təklif edir. Onun sayəsində mühərrikin gücü 34 a.g.artıb - 245 a.g olub, maksimal fırlanma anı isə 35 Nm artıb - 385 Nm olub.

Milli.Az


 Böyütmək üçün şəkillərə klikləyin.