Seat Leon yarışa hazırlandı - FOTO

9 May 2013 20:38
Trek yarışları üçün hazırlanmış "Seat Leon Cup Racer" beşqapılı ban və 330 a.g. olan mühərrik əldə etdi.

Milli.Az Auto.az-a istinadən bildirir ki, trek hetçbekini artıq "brendin avtoidman vitrini" adlandırdılar. "Seat" rəsmi olaraq bildirdi ki, "Cup Racer" ilə seriya "Leonunun" oxşar cəhəti çox azdır. İşıqdiodlu optika və dam xətti ilə siyahı tamamilə bitir. Bununa belə, dizaynda olan ciddi dəyişikliklərə baxmayaraq "Seat Leon" öz firma eyniliyini itirməyib. Yarış "Leon"-u təkcə aqressiv asma, 18-düymlük təkər diskləri və gücləndirilmiş aerodinammik elementərlə deyil, həmçinin 400 mm böyüdülmüş iz ilə fərqlənir.

Hetçbekin interyerində boyunu müdafiyə sistemi olan idman oturacaqları və çoxfunksiyalı sükan tətbiq edilib, cihaz panelinin yerini isə böyük monitor tutub. Bundan başqa "Leon Cup Racer"-in salonu maksimum yüngülləşdirilib. Düzdür, qənaət edilmiş çəkinin bir hissəsini birləşdirilmiş təhlükəsizlik karkası bərpa edib.

Yeniliyi 330 a.g. və 350 Nm fırlanma anı verən ikilitrlik turbo mühərriklə təchiz ediblər. Sürət qutusunu isə seçmək olar. Baza variatında trek "Seat Leon"-u 6-pilləli DSG və elektriklə idarə olunan differensialla təchiz olunub. Lakin hetçbeki sekvental sürət qutusu və mexaniki blokirovkası olan differensial ilə təchiz etmək olar. Birinci variant 70 000 dollar idisə, ikinci artıq 25 000 dollar baha qiymətləndiriləcək.

"Seat"-da hesab edirlər ki, belə "Leon" geniş yarış dairəsinə uyğundur - avropa ban çempionatından "Nürnburqrinqin 24 saatı" kimi dözümlülük yarışlarına qədər. Avtomobil idmanı həvəskarları hetçbekin trek modifikasiyasını artıq gələn il əldə edə biləcəklər. Beləliklə, "Seat"-da dünya ban birinciliyi üçün daha bir versiya hazırlamağa söz verirlər. O daha kompakt 1,6 litrlik mühərrik əldə edəcək.

Milli.Az


 Böyütmək üçün şəkillərə klikləyin.