Türklərin canından hərbi çevriliş qorxusu çıxmır

4 Fevral 2010 19:02
Milli.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sosioloji sorğuya qatılanların 55 %-i hakimiyyətin hərbi yolla devrilməsinin mümkünlüyünə inandığını söyləyib.

Müqayisə üçün deyək ki, 2009-cu ilin iyulunda bu rəqəm 48 % təşkil edib.

Hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyən türklərin 69 %-i hesab edir ki, ölkədə bəzi hərbçilərin çevriliş hazırlaması mümkündür.

Cümhuriyyət Xalq Partiyasının tərəfdarlarının 37 %-i isə hərbi çevriliş hazırlıqlarının davam etdiyini düşünür.

Milli.Az