Maserati sportkar hazırlayır

7 May 2013 19:57
Alıcıya modelin ikipedallı versiyasını təqdim edəcəklər, lakin italyanların hansı sürət qutusunu seçəcəkləri hələlik məlum  deyil.

Milli.Az Auto.az-a istinadən bildirir ki, "Alfa Romeo" şirkəti nadir hallarda əsl idman avtomobilləri təqdim edir. Son illərdə yanız ikiqapılı "8S" və "28S Spider"-i yada salmaq olar. Və budur o - karbon plastik kütləli monokoku, arxa ötürücüsü və baza dairəsində "turbo dördlüyü" olan ortamühərrikli "Alfa Romeo 4C" - peyda oldu. "Maserati" şirkəti ilə qohumluq əlaqələrindən istifadə etməyib "kvattro-çi" bazasında radiator barmaqlığında üçbaşlı əsa olan nə isə düzəltməmək günah olardı.

"Maserati"-nin rəhbəri Harald Usterin sözlərinə görə, 2015-ci il üçün şirkətin satışları ildə 50 min avtomobilə çatmalıdır və bunda italyanlara "Ghibli" sedanı və mərkəzi mühərrikli tərtibatı olan ikiqapılı kömək edəcək. Banın mürəkkəb panelləri, 65 kq-lıq monokok, arxa ötürücü - bütün bunlar "Maserati"-də də olacaq. Amma, deyilənlərə görə, mühərrik şəxsi olacaq. Oturacaqların arxasında, yəqin ki, 350 a.g. verən V6 3.0 biturbo mühərriki yerləşəcək. Bir tondan yuxarı yüklənmiş kütlə ilə bu raket olacaq.

Milli.Az