Bu gün ölkə kubokunun final oyunlarıdır

10 Avqust 2010 12:53
Keçirilən qarşılaşmalarda "Spektr Travel" "Veteran"ı 5:2, "Kodak" "Laçın"ı 5:2, "Xəzri-Buzovna" "PİK Sport"u 6:5, "Spektr Travel "Siyəzən"i 7:2, "Kodak" "Astara"nı 7:3, "PİK Sport" "Quba"nı 8:3, "Sevinc" "Lənkəran"ı 5:3, "Astara" "Laçın"ı 4:3, "Hövsan" "Lənkəran"ı 5:2, "Xəzri-Buzovna" "Quba"nı 8:3, "Hövsan" "Sevinc"i 6:4 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra "Spektr Travel", "Xəzri-Buzovna", "Kodak" və "Hövsan" komandaları yarımfinala vəsiqə qazanıblar.

Yarımfinal oyunları və final qarşılaşması bu gün Mərdəkandakı "Dalğa" İstirahət Mərkəzinin ərazisində yerləşən stadionda keçiriləcək. Yarımfinalda "Spektr Travel" "Xəzri-Buzovna" komandası ilə, "Kodak" isə "Hövsan" klubu ilə qarşılaşacaqdır.

/AzərTAc/