Tərtərdə sərnişin avtobusu qəzaya uğrayıb, yaralılar var

10 Avqust 2010 11:48
Tərtər rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün səhər saatlarında Tərtərdən Bakıya gələn "İkarus" markalı sərnişin avtobusu qarşıdan gələn "VAZ-2101" markalı minik avtomobili ilə toqquşub. Daha sonra "İkarus" yolun hərəkət hissəsindən çıxaraq yol kənarına aşıb.

Polisin məlumatına görə, sərnişinlər arasında hadisə nəticəsində ölən olmasa da, 3-4 nəfər yüngül xəsarət alıb.

Hazırda hadisə yerinə polis şöbəsinin əməliyyat qurupu yollanıb, araşdırma aparılır.

Milli.Az