BP pullarını "Citigroup"a tapşırdı

10 Avqust 2010 09:58
Böyük Britaniyanın "British Petroleum" neft-qaz korporasiyası Meksika Körfəzindəki "Deepwater Horizon" platformasının batmasından sonra yaranmış ekoloji fəlakətin qurbanlarına yardım məqsədilə təsis etdiyi $20 milyardlıq fonda rəhbərliyi "Citigroup"a tapşıracaq.

Birləşmiş Ştatlarda aktivlərinə görə üçüncü bank olan "Citigroup" fondla bağlı öhdəliklərini Fars Körfəzi ölkələrindən birinin bankı ilə bölüşəcək.

Həmin bankın adı açıqlanmır.

BP-nin direktorlar şurasının sədri Karl-Henrik Svanberqin dediyinə görə, ABŞ prezidenti Barak Obama ilə iyun ayındakı görüşdən sonra yaradılmasına qərar verilmiş xüsusi fond ən yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

/Ekspress/