Bakı şəhərində neçə bankomat var?

9 Avqust 2010 18:50
Mərkəzi Bankın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 189 ədəd çoxdur. Cari ilin iyulun 1-nə bankomatların 995-i Bakı şəhərində, 782-si isə digər şəhər və rayonlarda yerləşir.
 
Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 8815 ədəd olmuşdur. Bu göstərici  ötən ilin müvafiq dövrü ilə müqayisədə 283 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 8028-i Bakı şəhərində, 787-si isə digər regionlarda yerləşir.

2010-cu ilin iyul ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartların sayı  keçən ilin müvafiq dövrünə  11,4%  artaraq 4148 mln. ədədə çatıb.

Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 3499 ədəd olmuşdur. Onlardan 95,0%-i debet kartlarının payına düşür.

Milli.Az