Lada-da yeni mühərrik olacaq - FOTO

1 May 2013 22:54
Artıq  may ayından "Lada" avtomobillərinə mövcud 1,6 litrlik mühərrikin mükəmməlləşmiş - və daha güclü - versiyasını quraşdıracaqlar.

Milli.Az Auto.az-a istinadən bildirir ki, "AvtoVaz"-ın təmsilçilərinin sözlərinə görə cari ilin mayında "Lada" avtomobillərinə "Vaz-21127" nişanlı yeni mühərrik qoyacaqlar. "AvtoSreda"-nın Vladımır Bokka şirkətinin mexanizm quraşdırma istehsalının direktoruna istinadən verdiyi məlumata görə, Tolyattidə yeni mühərriklərin quraşdırılması artıq başlanıb.

Yeni mühərrik artıq məşhur mühərrik "Vaz- 21126"-nın tamamlanmış versiyasıdır. Zavodda bildirdilər ki, - "Güc 98-dən 106 a.g.-dək artıb, maksimal fırlanma anı 145-dən 148 Nm-dək çoxalıb, bununla belə aşağı dövriyyədə fırlanma anı 10% artıb, yəni dəqiqədə 1000-dən 2500-dək dövr diapazonundadır.

Yeni parametrlərə yanacaq sərfinin artması olmadan nail olunub". İyun ayından yeni güc qurğusunu "Lada Granta" və "Lada Priora" modellərinə qoyacaqlar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.