Aygün Kazımova bir həftədə ikinci maşın aldı - FOTO

1 May 2013 12:11
Aygün Kazımova özünə bir həftədə iki avtomobil alıb. "Qafqazinfo"nun məlumatına görə, xalq artistinin bir neçə gün əvvəl aldığı 2013-cü ilin modeli olan qırmızı rəngli "Cadillac" ATS markalı maşının qiyməti 70 min AZN civarındadır.

Dünən isə Aygün Kazımova daha bir avtomobil alıb. Bu dəfə isə o, Chevrolet Camaro markasına müraciət edib. Bu avtomobil də 2013-cü ilin modelidir və qiyməti 50 min AZN-dir. Fotodan gördüyünüz kimi, xalq artistinin yeni maşınının markası ilə yanaşı, nömrəsi də cazibədardır. Məlumdur ki, ilk baxışdan gözoxşayan bu nömrələr yüksək məbləğə başa gəlir.

Aygün Kazımova da 99 DT 999 dövlət nömrə nişanını əldə etmək üçün nə az, nə çox 15-20-min AZN-dən keçib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.