Dünyanın ən güclü superkompüteri işə salındı
30 Aprel 2013 21:55
Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən hesablama sisteminin pik məhsuldarlığı 1 petaflops (saniyədə üzən vergüllə kvadrillion əməliyyat) təşkil edir.
Müqayisə üçün qeyd edək ki, hazırda Top-500 superkompüterlər reytinqində birinci yerdə qərarlaşmış Titan kompleksinin sürəti 17,6 petaflopsdur. Big Red II superkompüterində hibrid konfiqurasiyadan istifadə edilib: AMD-nin çoxnüvəli prosessorları və nVidia Tesla K20 sürətləndiricisi tətbiq edilib.
Hesablama nüvələrinin ümumi sayı 21824-dür, əməli yaddaşın ümumi həcmi isə 43648 QB təşkil edir. Verilənlərin saxlanılması sisteminin həcmi 180 TB-dır. Big Red II superkompüterinin dünyada 1 petaflops məhsuldarlığa malik ilk universitet superkompüteri olduğu iddia edilir.
Onu tibb, fizika, iqlim dəyişiklikləri və s. ilə bağlı tədqiqatlarda istifadə etmək planlaşdırılır.
Milli.Az