Fransada yaşayış binası çökdü, ölənlər var - YENİLƏNİB

28 Aprel 2013 16:37
16:37

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Fransada uçan binada 9 nəfər ölüb.

Əvvəl məlumat verilirdi ki, çökmə zamanı 2 nəfər ölüb, yeddi nəfər yaralanıb. Hazırda ölənlərin sayı artıb.

Bu barədə BFMTV telekanalı məlumat yayıb. 

Məişət qazının partladığı beşmərtəbəli bina 1960-cı illərdə tikilib.

---------
16:29

Milli.Az İnterfax-a istinadən bildirir ki, bu barədə Le Figaro qəzetinin saytı xəbər yayıb.

Nəşrin məlumatına görə, ölənlər var, yaralılar da çoxdur. İlkin məlumatlara görə, uçmanın səbəbi məişət qazının partlaması ola bilər.

Milli.Az