Paytaxtda ağır yol qəzası: xəsarət alanlar var
4 Fevral 2010 15:14
Maştağa-Buzovna yolunda, Albalılıq qəsəbəsi ərazisində "VAZ-2107" və "Mercedes" markalı avtomobillər toqquşub.
Bakı şəhər Təcili Yardım və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Milli.Az xəbər portalına verilən məlumata görə, avtoqəza zamanı 3 nəfər xəsarət alıb. Onlar 3 saylı xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan bildirildi ki, yaralılar 27 yaşlı Niyaməddin Abdullayev və 20 yaşlı Məmməd Vəliyev reanimasiya, 27 yaşlı Səbuhi Hacıyev isə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az