Ölkədə yeni, müasir və beynəlxalq standartlara uyğun ünvan sisteminin quraşdırılması işləri aparılır

26 Aprel 2013 17:22
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, ölkədə yeni, müasir və beynəlxalq standartlara uyğun ünvan sisteminin quraşdırılması işləri aparılır. Bu barədə Gəncədə vətəndaşlarla görüş keçirən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib. Onun sözlərinə görə, bu ünvan sistemi iki hissədən ibarətdir. Birinci informasiya bazasının formalaşdırılması, ikinci hissə isə formalaşmış informasiya bazasının əsasında sistemin quraşdırılmasıdır.

Kərəm Həsənov müxtəlif rayonlarda kiril əlifbası ilə olan ünvanlara rast gəlindiyi məsələsinə də aydınlıq gətirib. Bildirib ki, Bakı şəhərində işlər tamamlandıqdan sonra yaxın vaxtda Gəncə, Sumqayıt və digər şəhərlərdə yeni ünvan sisteminin tətbiqinin reallaşması bu çətinliyi aradan qaldıracaq.

Milli.Az