Əvəzində İrana qarşı sanksiyaların qaldırılması təklif olunur. Danışıqlar və onun mümkün nəticələrilə bağlı Twitter, Facebook və BBC Fars Xidmətinin saytında çoxsaylı şərhlər dərc olunub.
"Zənnimcə sövdələşməyə nail olunacaq, çünki bu baş verməsə Yaxın Şərq və ABŞ kimi ölkələr iki dünya müharibəsindən betər müharibə ilə nəticələnən yola qədəm qoymuş olacaqlar", - "Seyed Hadi" Facebook-da yazır.
Facebook-da daha bir şərhlə "Mahdi Afshar" adlı istifadəçi bölüşüb. O, tərəflər arasında razılaşmanın əldə olunduğu təqdirdə sanksiyaların tədricən qaldırılacağını və bunun iqtisadiyyat və İran əhalisinin həyatına müsbət təsirinin illərcə hiss olunmayacağını yazır.
"Son müddətədək razılaşma əldə olunmazsa, ona gələcəkdə nail olmaq ehtimalı aşağıdır və qərb ölkələri çox şey itirəcək", Twitterdə "Keshavarzzadeh" belə bir mülahizəsilə bölüşüb.
Milli.Az BBC-yə istinadən bildirir ki, "Diako" adlı istifadəçi insan haqları ilə bağlı bənzər danışıqları görmək istədiyini deyir: "Hazırkı danışıqlarda əhəmiyyətsiz olan yeganə şey İranda insan hüquqlarıdır."
"Danışıqların uğursuzluğu təqdirdə bunun səbəbkarı Qərb olacaq. İran hökuməti tələb edilən konstruktivlik göstərib, Ali Rəhbər danışıqları dəstəkləyib. Bu deməkdir ki, İran tərəfinin tək və vahid xətti olub", - BBC Fars Xidmətinin saytında "Morteza" yazır.
"Mahmoud" adlı istifadəçi isə hesab edir ki, razılaşma nəticəsində İranın qərblə münasibətləri yaxşılaşacaq və bu iqtisadi inkişafın bərpasına təkan verəcək.
Milli.Az