Plazmalara tələbat niyə azalır?

25 Aprel 2013 22:13
Milli.Az ICTnews-a istinadən bildirir ki, hesabat rübündə gəlirin həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6.8% artaraq 13.01 milyard dollar olub.

LG Mobile Communications Company bölməsinin uğuru buna səbəb olub. Bu ilin birinci rübündə 10.3 milyon smartfon satılıb. Bununla belə, LG Home Entertainment Company bölməsi ötən illə müqayisədə az gəlir əldə edib.

Plazma televizorlara tələbatın azalması buna səbəb kimi göstərilib. 2013-cü ilin birinci rübündə LG şirkətinin əməliyyat mənfəəti 322.88 milyon dollar, xalis mənfəət isə 20.3 milyon dollar olub. Hesabat rübündə xalis mənfəət 11 dəfədən çox azalıb. 2012-ci ilin birinci rübündə bu göstərici 247.5 milyard von olub.

Milli.Az