"Azərsu" 13 minə yaxın smart-kart sayğac quraşdırıb

25 Aprel 2013 15:38
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumiyyətlə, 2012-ci ilin may ayından bu günədək 37 minə qədər ön ödənişli sayğac quraşdırılıb. Smart-kart sayğacların quraşdırılmasına ilkin mərhələdə Bakı, Sumqayıt və Abşeron sukanal idarə və departamentlərinin xidmət göstərdiyi ərazilərdə başlanıb, daha sonra regionlarda həyata keçirilib.

Su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində Quba və Zərdab şəhərlərində 7 minə qədər smart-kart sayğac quraşdırılıb. Yeni layihələrin icrası ilə əlaqədar yaxın vaxtlarda Göyçay, İmişli, Şamaxı, Oğuz, Zaqatala, Hacıqabul və digər şəhərlərin də abunəçiləri smart-kart sayğaclarla təmin olunacaqlar.

1 aprel 2013-cü il tarixə "Azərsu" ASC-nin ölkə üzrə xidmət göstərdiyi 1 milyon 155 min abunəçinin 553 mindən çoxu mexaniki və smart-kart sayğaclarla təmin olunub ki, bununla da sayğaclaşma səviyyəsi 48 faizi keçib.

Milli.Az