"UĞUR" Milli Mükafatının təqdimetmə mərasimi keçirilib - YENİLƏNİB - FOTO

25 Aprel 2013 16:52
14:45

Jumeirah Bilgah Beach Hotel-də hər il təşkil olunan iqtisadiyyat və biznes sahəsində "UĞUR" Milli Mükafatının növbəti, sayca 13-cü təqdimetmə mərasimi keçirilib. 2012-ci ilin nəticələrinə görə, 32 yerli və xarici şirkət mükafatın laureatı elan ediliblər. Müxtəlif nominasiyalarda milli iqtisadiyyat və biznesin möhkəmləndirilməsi və inkişafında əhəmiyyətli rol oynamış şirkətlər mükafata layiq görülüb.

Xatırladaq ki, UĞUR" Milli Mükafatı "Consulting&Business" jurnalı tərəfindən 2000-ci ildə təsis olunub. Cari ildə nüfuzlu mükafatın həmtəşkilatçıları Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) olublar.

Təqdimetmə mərasimində çıxış edən təşkilat komitəsinin sədri İbrahim Baharov qeyd edib ki, "Uğur" Milli Mükafatının əsas məqsədi özündə yüksək effektivliyi, sabit inkişaf və sosial məsuliyyəti ehtiva edən şirkətlərin nailiyyətlərini vurğulamaqdır. "Mükafatın laureatları - ictimaiyyətdə nüfuz və etimad qazanmış şirkətlərdir. Uzun illər ərzində uğurlu fəaliyyətləri ilə onlar öz sahələrində lider olduqlarını sübut ediblər. Biz onların uğur və nailiyyətlərini öz qələbəmiz kimi qiymətləndiririk", - deyə İ.Baharov bildirib.

2012-ci il "Uğur" Milli Mükafatının laureatlarının siyahısı:

Azvirt

Beynəlxalq nüfuz

Azpetrol

Sahənin lideri. Yanacaqdoldurma məntəqələri şəbəkəsi

Bank Technique

Dinamik inkişaf edən bank

AtaSığorta

Sığortaçılığın inkişafına verdiyi töhfəyə görə

Finca Azerbaijan

Mikro-maliyyələşdirmə xidmətlərinin göstərilməsində əldə olunan nailiyyətlərə görə

İrşad Elektonics

Elektronika mağazaları şəbəkəsinin yaradılmasında əldə olunan nailiyyətlərə görə

Tutto Bello

Keyfiyyət nişanı. Parket, qapı, mebel, taxta məmulatları və dekorativ bitkilər

Gəncə Şərab 2

Şərabçılığın inkişafına verdiyi töhfəyə görə

Qaradağ Metal Konstruksiya zavodu

Sənaye inşaatına verdiyi xüsusi töhfəyə görə

Baltika Baku

Pivə istehsalında yüksək keyfiyyət standartlarının tətbiqinə verdiyi töhfəyə görə

Mətanət A

İlin uğurla inkişaf edən boya brendi - ROKOL

Performance Center

İlin avtomobil dileri

Avromed

Əczaçılığın inkişafına verdiyi töhfəyə görə

Atlant

Turizmin inkişafına verdiyi töhfəyə görə

İdeal

Populyar dünya brendlərinin Azərbaycanda təmsilçiliyində əldə olunan nailiyyətlərə görə

Çelsi Kapital

Broker xidmətlərinin göstərilməsində  əldə olunan nailiyyətlərə görə

Pal Süd

Süd emalı sənayesində əldə olunan nailiyyətlərə görə

Qarabağ Taxıl

Ərzaq təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəyə görə

Caspian Pipe Coatings

Sualtı və yerüstü magistral boru xətlərinin korroziyaya qarşı və betonla örtüklənməsində əldə olunan nailiyyətlərə görə

Grant Thornton

Korporativ sosial məsuliyyət sahəsində əldə olunan nailiyyətlərə görə

Bakı Taksi

Nəqliyyat xidmətlərinin göstərilməsində əldə olunan nailiyyətlərə görə

Azinterpartlayış - X

Dağ-mədən sənayesinin inkişafına verdiyi töhfəyə görə

Qarabağ Aqrar-sənaye kompleksi

Müasir fermer təsərrüfatının yaradılmasında əldə olunan nailiyyətlərə görə

AQP İnşaat

İnşaat sektorunda əldə olunan nailiyyətlərə görə

Qarabağ Broyler

Quşçuluğun inkişafına verdiyi töhfəyə görə

Azad Azərbaycan

Sahənin lideri. Televiziya şirkəti

Day.Az Media Şirkəti

Sahənin lideri. İnternet şirkəti

Media FM

Sahənin lideri. Radio şirkəti

Günay Malikqızı

İlin PR meneceri

Evrostar

Klininq xidmətlərinin göstərilməsində əldə olunan nailiyyətlərə görə

Luxury Pearl

Keyfiyyət nişanı. Zinət əşyaları

Germaine de Capuccini

Estetik tibbdə müasir xidmət standartlarının tətbiqinə verdiyi töhfəyə görə

---------
16:52

Böyütmək üçün şəkillərə klikləyin.