"Eurovision 2013" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin şansı artır

24 Aprel 2013 19:10
Milli.Az Trend Life-a istinadən xəbər verir ki, siyahıda liderliyi müsabiqədə "Only Teardrops" mahnısı ilə çıxış etməyə hazırlaşan Danimarka təmsilçisi Emili de Forest qoruyur. Onun qələbə əmsalı 2.25-dir. İkinci yerdə "Gravity" mahnısı ilə Ukrayna təmsilçisi Zlata Oqneviçdir. Onun qələbə əmsalı isə 7.00-dır. "I Feed You My Love" mahnısı ilə müsabiqəyə qatılan Norveç təmsilçisi Marqaret Berqer üçüncü yerdədir. Onun əmsalı isə 9.00-dur.

"Hold me" mahnısı ilə müsabiqəyə qatılmağı planlaşdıran Azərbaycan təmsilçisi Fərid Məmmədov isə 23.00 əmsal ilə 10-cu yerdədir.

Qeyd edək ki, mart ayında Azərbaycan təmsilçisi 12-ci yerdə idi.

Milli.Az