Ford Escort qayıdır - FOTO
24 Aprel 2013 23:35
Çində bu adla konseptual sedan debüt etdi ki, bu sedan "Ford"-un C seqmentində yeni təklifinə çevriləcək.
Milli.Az Auto.az-a istinadən bildirir ki, "Escort"-un bərpasının Çinlə məhdudlaşacağı ehtimal olunur. Yeni konseptdən danışarkən, fordçular əlbəttə ki, öz qlobal One Ford konsepsiyalarını qeyd etməyi yaddan çıxartmırlar. Lakin iddia edirlər ki, yeni sedan məhz Asiman bazarı üçün hazırlanıb.
O şirkətin populyar tezçoxalan seqmentdə daha bir təklifi olmalıdır və rəsmi məlumata görə alıcıları "qeyri-adi tutum, funksionallıq və zərif dizaynla" cəlb etməlidir. İstisna edilmir ki, "Ford"-un "Escort" adını model sırasına qaytarmaq qərarının səbəbi klassik modelin Çin alıcıları tərəfindən şöhrət qazanmasıdır. "Escort"-un Avropada istehsalı XX və XXI-cı əsrlərdə dayandırılıb.
"Ford Escort" konseptinin dizaynı yeni firma üslubunda hazırlanıb və qismən qlobal model - "Ford Mondeo/Fusion"-u xatırladır. Seriyalı "Escort" konsepti Şanxayda göstərilən konseptdən işıqdiodlarının çoxluğu və çox müasir baş optikasından başqa demək olar ki, heç nə ilə fərqlənməyəcək.
İstehsalçı "Ford Escort"-un hansı platformada düzəldiləcəyini və hansı mühərriklərlə təchiz olunacağını dəqiqləşdirmir. Həmçinin bərpa olunmuş "Escort"-un və bestseller "Ford Focus"-un alıcıları necə böləcəkləri aydın deyil.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



