Türkiyə prezidenti: "Kürd məsələsinin həlli zamanı ehtiyatlı və dözümlü olmaq lazımdır"

24 Aprel 2013 09:22
"Kürd məsələsinin həlli zamanı ehtiyatlı və dözümlü olmaq lazımdır". Trend bildirir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə prezidenti Abdullah Gülə istinadən məlumat verir.

"Biz hər şeyə çəhrayı eynəklərin arasından baxmamalıyıq", - Gül kürd məsələsinin həlli prosesi ilə əlaqədar müxbirlərə bildirib.

Barış və Demokratiya Partiyasından (BDP) olan millət vəkili Sirri Süreyya Önder bundan əvvəl bildirib ki, PKK aprelin 25-dən sonra Türkiyəni tərk edəcək.

Həmçinin Prezident Gül vurğulayıb ki, həll prosesi tam tərk-silah ediləndən sonra davam ediləcək.

Qeyd edək ki, Türkiyə ilə terrorçu Kürd Fəhlə Pariyası (PKK) arasında 25 ildən çoxdur davam edən münaqişə nəticəsində 40 mindən artıq insan həlak olub.

Milli.Az