İTV-nin yeni baş direktoru əsas məqsədini açıqladı

23 Aprel 2013 12:58
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İTV-nin yeni baş direktoru Cəmil Quliyev deyib.

Onun sözlərinə görə, sadalanan ideyalar əsasında İTV-də ictimai-siyasi verilişlərlə yanaşı, mədəniyyətə, incəsənətə geniş yer veriləcək. "Çünki hər şey mədəniyyətdən başlayır. Mədəniyyət təkcə teatr, kino deyil, ümumiyyətlə, bu məfhum cəmiyyəti idarə etməlidir", - o deyib.

Quliyev İTV-də kadr islahatları barədə bildirib ki, bunu zaman göstərəcək. "Peşəkarlıq məsələsi əsas götürüləcək. Çünki televiziya elə bir məfhumdur ki, burada peşəkarlar çalışmalıdırlar. Onlar sağlam düşüncəli və mədəni insanlar olmalıdır", - o deyib.

Quliyev qeyd edib ki, "Mədəniyyət kanalı" öz fəaliyyətini davam etdirəcək. "Yəqin ki, ora yeni rəhbər seçiləcək. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında isə icraçı katibəm. Bu fəaliyyətimi davam etdirəcəyəm".

Milli.Az