Kanada: dəhşətin qarşısı alındı - FOTO

23 Aprel 2013 10:24
Milli.Az ABC-yə istinadən bildirir ki, Torontoda keçirilmiş mətbuat konfransında verilən məlumata görə, iki nəfər şübhəli şəxs qismində həbs olunub.
Onlar Toronto-Nyu-York marşrutunda hərəkət edən sərnişin qatarını partlatmaq istəyirdilər.

Bu şəxslər 30 yaşlı Hineb Essenhaer və 35 yaşlı Raid Caserdir.
Adları çəkilən adamlar Monreal və Torontoda aparılmış əməliyyatlar nəticəsində ələ keçiriliblər. Əməliyyatdan əvvəl Essenqaerlə Caser bir il ərzində polis tərəfindən izləniliblər.
Araşdırmada ABŞ-ın xüsusi xidmət orqanları, o cümlədən Federal Təhqiqat Bürosu iştirak edib.

Çineb Essenhaer əslən Tunisdəndir.

Kanada vətəndaşı olmayan şübhəlilərin "Əl Qaida" terror şəbəkəsinin İrandakı qolu ilə bağlı olduqları vurğulanır.
Kanada parlamentində antiterror qanunlarının sərtləşdirilməsi ilə bağlı müzakirələrin başlanması gözlənilir.

Polis zabiti Cennifer Streçanın dediyinə görə, terrorçuluqda şübhəli bilinənlər Kanadanın VİA Rail şirkətinin qatarında partlayış törətmək niyyətində idilər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









Fotolar: Reuters